Lyrics: Ayrılmaz
Music: Ayrılmaz
Xəzan fəslı öteydi, yaz gəleydi
Nigarım əldə mizərab saz gəleydi
Quduz düşman bizə qan-qan deyəndə
Kör oğlum bir də Xan Ayvaz gəleydi
Vətəndir dünyada eşqim, bu şirin cana and olsun
(Bu şirin cana and olsun)
Vətəndən başqa yox yarım, gözəl canına and olsun
(Gözəl canına and olsun)
Vətəndir şöhrətim, şanım, vüqarım, qeyrətim, varım
Bütün azadə insanda şərəf, vicdana and olsun
(Şərəf, vicdana and olsun)
Vətən can istəsə, verərəm
Vətənsiz can nəyə lazım?
Vətən torpağı üstündə tökülən qana and olsun
(Tökülən qana and olsun)
İgidlər yurdudur yurdum, yaratmış min cavan şirlər
Olan Məşrutiyə sərdar o Səttarxana and olsun
Hələ salmış məni ayrı Azərbaycan diyarından
Bu dağlı sinədə qalmış qəmə, hicrana and olsun