Lyrics: Nadir Kerimov
Music: Nadir Kerimov
Nə olar geri dön,
Dərdimə çarə,
tək səndədir ey yar.
Axı ürəyimdə mənim sən adlı,
Bir xəstəliyim var.
Nə olar geri dön,
Dərdimə çarə,tək səndədir ey yar.
Axı ürəyimdə mənim sən adlı,
Bir xəstəliyim var.
Başımın üstün qara bulud almış,
Səni sevən insan, saralıb solmuş.
Tək bir adam var həyatı puç olmuş,
O mənəm, o mənəm
Ölümdür çarəsi, bu dərdin tək,
Harda görsən bir ürəyi kövrək.
Görsən ağlayır körpə uşaq tək,
O, mənəm, o mənəm.
Ürəyi tapdanım, əzilən biri var,
Yanaqda göz yaşı süzülən biri var.
Sənə görə hər gecə üzülən biri var,
O , mənəm, o mənəm.
Dərdimə çarə nə də dərman var,
Gəl ürəyim gəl hələ imkan var.
Sənə görə yaşayan bir insan var,
O mənəm, o mənəm.
Niyə mənə bu qədər zülm eləyirsən,
Mən sənə nə eləmişəm.
Səndən özgəsi yox ürəyimdə,
Axı sənə söyləmişəm.
Niyə mənə bu qədər zülm eləyirsən,
Mən sənə nə eləmişəm.
Səndən özgəsi yox ürəyimdə,
Axı sənə söyləmişəm.
İstəmiyənlər baxdı sevindi,
Sənədə mənim tək həyat çətindir,
Nə sən o sənsən, nə də mən indi
O mənəm, o mənəm.
Xoşbəxt yaşamaq olmadı mümkün,
Bizi bu məhəbbət eylədi sürgün.
Yolunu gözləyən biri var hər gün,
O mənəm, o mənəm.
Ürəyi tapdanım, əzilən biri var,
Yanaqda göz yaşı süzülən biri var.
Sənə görə hər gecə üzülən biri var,
O , mənəm, o mənəm.
Dərdimə çarə nə də dərman var,
Gəl ürəyim gəl hələ imkan var.
Sənə görə yaşayan bir insan var,
O mənəm, o mənəm.
Ürəyi tapdanım, əzilən biri var,
Yanaqda göz yaşı süzülən biri var.
Sənə görə hər gecə üzülən biri var,
O mənəm, o mənəm.
Dərdimə çarə nə də dərman var,
Gəl ürəyim gəl hələ imkan var.
Sənə görə yaşayan bir insan var,
O mənəm, o mənəm.