Sənsiz

Lyrics: Sərvər Şahbəyli Music: Sərvər Şahbəyli/Rəşad Haşımov Ey mənim ürəyimin həsrəti, gəl Ürəyimin həsrəti, gəl Ömrümün yaraşığı, zinəti, gəl Yaraşığı, zinəti, gəl
Ey mənim ürəyimin həsrəti, gəl Ürəyimin həsrəti, gəl Dilimin şirin sözü, söhbəti, gəl Şirin sözü, söhbəti, gəl
Sənsizəm, insaf eylə, gəl Sənsizəm, sevgilim Ürəyim sənsiz düşübdür qürbətə
Könlümə imdad eylə, gəl Gəl, mənim əzizim Bu Məcnun könlüm dözməyir həsrətə
Sənsiz oldum, yandı canım Dərdimin yox çarəsi Üzdü məni dərdi-qəmin, neyləyim mən? Ağlamaqdan getdi vallah gözlərimin qarəsi Qoyma məni intizarda, ürəyimsən

(Sənsiz oldum, dünya mənə niyə gərək?)
Eşqimiz ayrılığa dözməyəcək Ayrılığa dözməyəcək... Nə qədər qəlbim səni gözləyəcək? Qəlbim səni gözləyəcək...
Könlümü viran etmə, gəl Gəl, mənim əzizim Dünyamı aldı əlimdən gözlərin
Ömrümü tufan etmə, gəl Gəl, mənim sevgilim Dərdimə çarədir sənin sözlərin
Sənsiz oldum, yandı canım Dərdimin yox çarəsi Üzdü məni dərdi-qəmin, neyləyim mən? Ağlamaqdan getdi vallah gözlərimin qarəsi Qoyma məni intizarda, ürəyimsən
Sənsiz oldum, yandı canım Dərdimin yox çarəsi Üzdü məni dərdi-qəmin, neyləyim mən? Ağlamaqdan getdi vallah gözlərimin qarəsi Qoyma məni intizarda, ürəyimsən
Sənsiz oldum, yandı canım Dərdimin yox çarəsi Üzdü məni dərdi-qəmin, neyləyim mən? Ağlamaqdan getdi vallah gözlərimin qarəsi Qoyma məni intizarda, ürəyimsən
Sənsiz oldum, yandı canım Dərdimin yox çarəsi Üzdü məni dərdi-qəmin, neyləyim mən? Ağlamaqdan getdi vallah gözlərimin qarəsi Qoyma məni intizarda, ürəyimsən
Sənsiz oldum, yandı canım Dərdimin yox çarəsi...