Mənim Qaranlığım

Lyrics: Elxan Zeynallı Music: Elvin Əmrahlı Həyatım əllərimdə əriyən şam kimi, qaranlıq aləmimdə Son ümidin yasında, göz yaşımda qəmli xatirə Əzablarımla qəlbimin pıçıltısı kəsildi Səbrimin sonu uzaq, bu daş-kəsəkli yolda qatiləm (Ölən getdi) Qərar - uzaq səfər, belimdə illərin yükü Səbəbsiz ağlamaqların da yastığımda nəmli izləri Qaranlığımda şər, qıfıl, qapı, tikan, çəpər Köməksiz əllərimlə sarımaq istədim bu qanlı dizləri Ürək ölüb və bilmək istəmir Bu yolumun önünü tuta bilənlərin də sözünü dinləməz Bu gün külək bitər, günəş itər, buludlu göydə yelkənim küləksiz Ürəksiz tikilsin heykəlim və gözlərim bəbəksiz Qapını bağlayın, heç kəs gəlməsin Bu gün özüm özümlə qalmaq istərəm, ölmək istərəm Ölümü gözlərəm ağ çiçəklə, əllərimdə qara qəzəllərimlə Sətri izlərəm, dünya çox gözəl və çox yalançı Nəğmələr oxundu, şeirlər yazıldı Hər birində körpə qəlbimin əlində can verən göyərçin Hələ də uçmaq arzusuyla çırpınan qanadların səsində Anladım sevgilər nağıl, nağıllar yalan Arzular talam, bu şəhər yad mənə tamam Gecə sonsuz, durub zaman, yaram sağalmır, axır qan Geri zülmət, irəli duman, yenə nifrət, kədər, güman Halım yaman, kömək aman, damarlarımda qara qan Qırıldı qəlbim, kədərli dərdim Üfüqdə şəfəqlər qaranlığa qarışmasında Tükəndi səbrim, soyuqdur qəbrim Ümidlərim “Kim tez ölə bilər?” yarışmasında Qırıldı qəlbim, kədərli dərdim Üfüqdə şəfəqlər qaranlığa qarışmasında Tükəndi səbrim, soyuqdur qəbrim Gözlərimdən yaş gəldi, qaranlığıma xoş gəldin Uşaqlığımla görüşsəydim, ağlayıb qaçardı Qorxub üzünə baxmadan bu qəribə adamın anasına çatardı Ürək atardı, gecə yatardı qollarında zülmətin Sadəlövh arzular bahalı zamanı heçə satardı Şaxtalar dəyişdi, üzümün yarası, kədəri, qırışı artdı Söyüşü artdı dilimin, illər ötdü, ürəyim indi sərtdir Mələyi tutmaq istədim əlimlə, parıltıdan göz qamaşdı Qürurum və vicdanım hisslərimlə çox dalaşdı Çox dirəşdi tələdə, səhərə kimi bu dərədə, arada-sırada Qələbə, çataram hədəfə, yarama səpələ duzunu, düzünü Yuxunu, gözümün irağı edərəm üzünü taparam izini gedərəm Səsinə çataram, əlini tutaram harada olsa, qalada, dərədə, təpədə Xoşbəxtlik göy qurşağı kimi gözəl və əlçatmazdır Dəli şair gözü yaşlı, tənha gecələr yatmazdı Səhra yolumun əvvəlində, cəllad, silah əllərində Qarabasma, yenə tərlədim mən dəftər dolu qəzəllərimlə Səssiz ol, yenə də həyat tamaşası bitdi, bu gecə də qəmli sonlu Sevgi donu geyinən hər kədəri də ilk baxışda tanımışdım onu Bu tikanlı yolu Qara Dərviş bəzədi saray kimi, nəfəsində şaxta dondu Qara qarğa qonub evimin bacasına, cavanını, qocasını söy, mikrofon (Bu nə iydir?) İllər köçər, kitab rəfimdə oxunmamış neçə nağıl Uşaqlığımın üzünə tüpürüb, dəqiqələr də çox paxıl İnanmıram ki, bir dəqiqə versin altmış bir saniyə O əlavə bir saniyədə bir söz qışqırım “Tövbə...” (Tövbə...) Qırıldı qəlbim, kədərli dərdim Üfüqdə şəfəqlər qaranlığa qarışmasında Tükəndi səbrim, soyuqdur qəbrim Ümidlərim “Kim tez ölə bilər?” yarışmasında Qırıldı qəlbim, kədərli dərdim Üfüqdə şəfəqlər qaranlığa qarışmasında Tükəndi səbrim, soyuqdur qəbrim Gözlərimdən yaş gəldi, qaranlığıma xoş gəldin Və artıq görmürəm yuxularımda cənnəti Bu qəlbimin sonuncu harayı, hansı cəhənnəmdə, bilmirəm Yanır, əzab çəkir, ruhum ağlayır, bədən qəfəsdir Yoruldu, tab gətirmir, acı, kədərli illərə Artıq görmürəm yuxularımda cənnəti Bu qəlbimin sonuncu harayı, hansı cəhənnəmdə, bilmirəm Yanır, əzab çəkir, ruhum ağlayır, bədən qəfəsdir Dözmək olmur, artıq bəsdir, buraxın, uçum göylərə... Qırıldı qəlbim, kədərli dərdim Üfüqdə şəfəqlər qaranlığa qarışmasında Tükəndi səbrim, soyuqdur qəbrim Ümidlərim “Kim tez ölə bilər?” yarışmasında Qırıldı qəlbim, kədərli dərdim Üfüqdə şəfəqlər qaranlığa qarışmasında Tükəndi səbrim, soyuqdur qəbrim Gözlərimdən yaş gəldi, qaranlığıma xoş gəldin (Gözlərimdən yaş gəldi, qaranlığıma xoş gəldin)