Ayrılıq Olmayaydı

Lyrics: Ferhad Xelif Music: Ferhad Xelif İllərdir yolda qoymusan gözlərimi, Dərd çəkməkdən cavan yaşda qocaldım. Bir körpə uşaq kimi dizlərimi, Qucaqlayıb mən hönkür-hönkür ağladım
Şirin günlər, şirin çağlar, Bir-bir gəlib düşər yada. Ürək deyər ayrılığın, Üzü dönsün bu dünyada.
Məni mənnən aldı apardı, sənin son gedişin, Sevgini qəlbimnən qopardı, sənin son gedişin. Yolda görəndə dostlar, qohumlar edirlər soraq, Soruşurlar səni sevinə sevinə keyfimnən qabaq
Mən bu eşqi xəyalımda böyütdüm deyəsən, Bunu mən bilməyərəkdən belə etdim deyəsən. İllər öncə daşa dəymiş mən başımın ağrısını, Yenidən bir daşa vurmaqla keyitdim deyəsən.