Qapanma Doktrinası

Lyrics: Teymur Ağayev/Nurlan Nuriyev Music: Teymur Ağayev Ruhum verir sancı, ürəyim sevir kədər, budur inancım... Arxada qalır keçmiş, arxada qalır palçıq Məhkəmə prosesi ən gördüyümüz haram yer Hakim, çəkici vurmamış üzümə baxıb qərar ver
Tale belə olmaz, yaradan hara baxır? Xanım, riza üçün verdim, demədim axı fala baxın Bu günümə mən şükür edib qururam sabahımı Tək böyük hərflərlə yazdığım adıdır Allahın
Bu qədər borc içində qapını döymədim Dostum, salamsız keçdin, necə məni görmədin? Yəqin ki, halal yeməyi düzgün sənlə bölmədim Səndə özümü gördüm, özümdə səni görmədim
22-ə doğru elə bil ki, vaxt azalır Rep mənim həyatımdır, məzarımda taxt qazılır Və özüm ölüm uşağıma deyəcəm fəxrlə Oğlum, o vaxt Azrepdə atan ad qazanıb
Məndən uzaqda İçimdə müharibələr var Alovlar içində qar Dənəcikləri çox ümidsiz görsənir
Məndən uzaqda İçimdə seçimlər var Suallar gələndə dar Hansını seçsəm, digəri daha doğru görsənir
Tapa bilmədiyimi axtarmaqdan bezdim Hakim saxta təbəssüm, bir də vaxtdan tələsdim Bircə əzmim olmadı ki, tir-tir əsdim İtirdim müvazinət və təslim
Atamla birgə öldüm, anamla bir yaşlanırdım Ağız spirt qoxar, çoxu baxar, əyyaş sanardı Qara geyimdə saqqal, görənlər yüz yaş sayardı Gözümdən yaş ağmasa da, içim göz yaşı sayardı
Sayardılar bəd niyabət, içi nifrət, çölü nifrət, kin küdurət Alıbdır ruhumu şiddət, bir də şəhvət və cəhalət Məni bunlarla xəyal et ki, müsibət, bu müqəssir Bu rəzalət, bu əlaməti-qiyamət
Verildi məsləhət və məşvərət və mən özüməm 5 ədəd Beynimdə neştərəm, dörd divar və mən Heç də rahatlıqdan yox, keşməkeşdənəm Üzəri qəzetlərlə örtülü o leş mənəm
Cənab hakim, məni hər kim ki, edir zindeyi-zəhlə Bir də rəhmən edərdi Allahul-aləm ki, bir sabah Ad-san qara qutumdur, yaşaram, ölmərəm əlbət Azrep Alamut-umdur, mənsə Hasan Sabbah
Məndən uzaqda İçimdə müharibələr var Alovlar içində qar Dənəcikləri çox ümidsiz görsənir
Məndən uzaqda İçimdə seçimlər var Suallar gələndə dar Hansını seçsəm, digəri daha doğru görsənir