Həyat

Lyrics: Hümbət Ismayılov Music: Rahib Mirzoev Çıxar yalanları, çıxar cibindən! Təbəssüm oxunsun kinli ləbindən Məni atdığın bu quyu dibindən Gülümsə, dərdini çəkirəm, həyat!
Məni gözləməzlər gülməyim üçün Ya burada boğulub ölməyim üçün Ya çıxıb oraya gəlməyim üçün Durmadan göz yaşı tökürəm, həyat!
Gedişin-gəlişin bitdiyi yola Bütün dəyərlərin itdiyi yola Çoxdandır hər kəsin getdiyi yola Yenə də gözümü dikirəm, həyat!
Anlaya bilməzsən sən bu qərəzi Yük ağır olanda çəkməz tərəzi Verdiyin bu bağa ümid əvəzi Ölüm toxumları əkirəm, həyat!
Həyat, həyat, həyat Həyat...