Mən Varam

Lyrics: Orxan Abbasov Music: Zamiq Huseynov Əzizim, məni ürəyində gizləsən Sənin qəlbində qəlib, içində mən varam Bilirsən, yalanlarla aram yox Qəribə duyğuların içində mən varam
Canımın özüsən, gəl dinlə kəlməmi Sənli fikirlər beynimdə hərlənir Hər atılan addıma, əlbəttə, var dəlil Qaranlıq zülmətdə görürəm kölgəmi
Sən bir həyatsan, mənasında mən varam Sən bir dənizsən, dalğasında mən varam Sən bir yağışsan, damla-damla yağırsan Sən bir dəryasan, səhrasında, bil, mən varam
Sən istə, ayrılmam heç yanından Gözlərimdə kədər yox, çünki sən varsan Əvvəllər qorxardım yalnızlıqdan İndi nə yalnızlıq, nə qorxu, çünki sən varsan
Canımın özüsən, gəl dinlə kəlməmi Sənli fikirlər beynimdə hərlənir Hər atılan addıma, əlbəttə, var dəlil Qaranlıq zülmətdə görürəm kölgəmi
Sən bir həyatsan, mənasında mən varam Sən bir dənizsən, dalğasında mən varam Sən bir yağışsan, damla-damla yağırsan Sən bir dünyasan, röyasında, bil, mən varam Sən bir dəryasan, səhrasında, bil, mən varam