Lyrics: Tağı Salahoğlu/Nuri Sərinləndirici/Baloğlan Əşrəfov/Şərafəddin İLkin/Xatirə Əzizova
Music: Tağı Salahoğlu/Nuri Sərinləndirici/Baloğlan Əşrəfov/Yusif Mustafayev/Orxan Mürvətli
Bu dağlarda qar oldum mən
Ürəyim yana-yana
Vəfasız bir insana
Yar oldum mən
Bir ovçuya vuruldum mən
Nə günlər gün olmadı
Yoranlar yorulmadı
Yoruldum mən
Qəlbim sevdalı, ömrüm mənalı
Sevdiyim yarım var
Dünya mərd olsa, dərdim dərd olsa
Yarda dərmanım var
Qəlbim sevdalı, ömrüm mənalı
Sevdiyim yarım var
Dünya mərd olsa, dərdim dərd olsa
Yarda dərmanım var
Yavaş yeri, yavaş, yavaş yeri
Qoy baxım mən sənə, yavaş yeri
Yavaş yeri, yavaş, yavaş yeri
Qoy baxım mən sənə, yavaş yeri
Dolanım başına, ey gözəl pəri
Dolanım başına, ey gözəl pəri
Ola bilər, bilmədim, kimin yarısan
Mən bilmədim, kimin yarısan
Ola bilər, bilmədim, kimin yarısan
Mən bilmədim, kimin yarısan
Ay uçan quşlar
Siz qanad salın
Yar gələn yoldan
Bir xəbər alın
Görün yarım gəlirmi
Səfərdən, səfərdən?
Məni agah eyləyin
Bu xəbərdən, xəbərdən
Yar yolunda intizar
Yar yolunda intizar
Mən həmişə biqəraram
Biqəraram, biqəraram
Ay uçan quşlar, görsəz yarımı
Ona deyin, yarın intizar çəkir
Ay uçan quşlar, görsəz yarımı
Ona deyin, yarın intizar çəkir
Sənin yolunu gözləyir
Gecə-gündüz ah çəkir
Sənin yolunu gözləyir
Gecə-gündüz ah çəkir
Sizə and verirəm
O etdiyiniz ziyarətə, gedirsiz
Yar məni ağlar qoyub
Müntəzirəm mən yolumda, bilirsiz
Axı aşiqəm, naçaram
Yoxdur dərmanım, naçaram
Gəlməsə səfərdən yarım
Mən bu yollardan qaçaram
Ay uçan quşlar, görsəz yarımı
Ona deyin, yarın intizar çəkir
Ay uçan quşlar, görsəz yarımı
Ona deyin, yarın intizar çəkir
Sənin yolunu gözləyir
Gecə-gündüz ah çəkir
Sənin yolunu gözləyir
Gecə-gündüz ah çəkir
Elçisi olmuşam, hərisin almışam
Elçisi olmuşam, hərisin almışam
Özümü sevdirib kəməndə salmışam
Özümü sevdirib kəməndə salmışam
Qəlbimin arzusu, sevirəm, doğrusu
Qəlbimin arzusu, sevirəm, doğrusu
Mən onun ovçusu, dəli ceyranımdır
Mən onun ovçusu, dəli ceyranımdır
O, gözəl xanımdır
O, mənim canımdır
Mən onun xəstəsi
O da dərmanımdır
Ay, nə gözəl xanımdır
O, mənim canımdır
Mən onun xəstəsi
O da dərmanımdır
Qaş qara, kirpik qara
Baxdım o gözəl yara
Baxdım o gözəl yara
Mən baxdım, o baxmadı
Qəlbimə vurdu yara
Qəlbimə vurdu yara
Qaş qara, kirpik qara
Baxdım o gözəl yara
Baxdım o gözəl yara
Mən baxdım, o baxmadı
Qəlbimə vurdu yara
Qəlbimə vurdu yara
Gözəl, sən haralısan?
Dağların maralısan?
Bəlkə, mənə demirsən
Bakının maralısan?
Gözəl, sən haralısan?
Dağların maralısan?
Bəlkə, mənə demirsən
Qubanın maralısan?
Gözəl, sən haralısan?
Dağların maralısan?
Bəlkə, mənə demirsən
Bakının maralısan?
Gözəl, sən haralısan?
Dağların maralısan?
Bəlkə, mənə demirsən
Bakının maralısan?