Sevdiyini Söylə

Lyrics: Murad Arif Music: Murad Arif Ürək yenə yandı-söndü, söz odlandı Saçlarım yenə yenə aşdı, coşdu, dalğalandı Gözlər, bir baxışınla məni alışdırdı (Ay) Gözüm səndə, sözüm qəlbdə qaldı... Nə deyim?! Ürək az qala dayandı...
Varmı?! Axtar, gəz, dolan bütün bu dünyanı Sevgi qədirini bilənlərin olmalıdır Amma, (amma) məndən sənə bir balaca məsləhət var Ürəyində saxlama sevgini Aç, danış mənə nə hiss etdiyini…
Qara gecələrə söylə Günəşin özünə söylə Qoy, eşitsin bütün dünya... Sevdiyini söylə!
Qara gecələrə söylə Günəşin özünə söylə Qoy, eşitsin bütün dünya... Sevdiyini söylə!
Sözlər bəzən çarəsizdir, çox acizdir... Sözlər bəzən mənasızdır, quru səsdir... Hisslər, mənim gözlərimdə gizlənibdir Yaxşı bax, görə bilərsən sevgimi (Ay) Gözlərimdə gör, eşitmək istədiyini İstəsən, görə bilərsən sevgimi Gözlərimdən oxu, duymaq istədiyini
Qara gecələrə söylə Günəşin özünə söylə Qoy, eşitsin bütün dünya... Sevdiyini söylə!
Qara gecələrə söylə Günəşin özünə söylə Qoy, eşitsin bütün dünya... Sevdiyini söylə!
Qara gecələrə söylə Günəşin özünə söylə Qoy, eşitsin bütün dünya... Sevdiyini söylə!
Qara gecələrə söylə Günəşin özünə söylə Qoy, eşitsin bütün dünya... Sevdiyini söylə! Sevdiyini söylə! Mənə sevdiyini söylə!