Uçan Oğlan

Lyrics: Pərviz Isaqov Music: Pərviz Isaqov Hündür mərtəbəli bina Burdan, hər şey ovuc içindəki boyda Həyatdan doymaq çətindir Amma burda durub doymuş bir oğlan O fikirləşir, sonuncu dəfə Bəlkə də elə ilk dəfə fikirləşir Bütün olanı-keçəni Tərk etmək üçün bu bacanı-küçəni
Əllərin iki yana açır, uçur-uçur Gözləyir onu aşağıda ölüm köçü Əllərin iki yana açır, uçur-uçur Gözləyir onu aşağıda ölüm köçü
Boş parklar və oturacaq Bir gün sənə də dost olacaq Tək-tənha sən bu şəhərdə Sanki ən kövrək uşaq
Hər şey gözünün önündən keçir Sanki 35 millimetrlik lent Həyətlərində yığışıb dost-tanışı Qurulub çadır-tent Onu çağırır, buna toxunur Amma elə bil ki, ona fikir verən yox Niyə ona belə saymamazlıq edir hamı Axı pis nə edib görən o?!
Əllərin iki yana açır, çığır-bağır Gözləri sanki bulud, yağır yağış, yağır Nə isə dəyişib, maraq, şübhə, qorxu Bədəni yüngülləşib, fikir ağır-ağır
Boş parklar və oturacaq Bir gün sənə də dost olacaq Tək-tənha sən bu şəhərdə Sanki ən kövrək uşaq
Yadına düşür Axırıncı dəfə bura gəlməyindən yeddi gün keçib İlk dəfə bu dama gələndə Kim olacağına qərar verib, özün seçib Ağırlıqla dolu həyatında Çox ağırlığa dözüb, keçib Amma sonda bezib yenə Durub, gəlib, ölüm seçib, uçub
Əllərin iki yana açıb, uçub-uçub İnsanlardan uzağa qaçıb, gedib, köçüb Təkliyi dost edib özünə, kimsəsiz gecələrdə tək tənha Vaxtı boş oturacaqlı parklarda səssiz keçir...
Boş parklar və oturacaq Bir gün sənə də dost olacaq Tək-tənha sən bu şəhərdə Sanki ən kövrək uşaq
Boş parklar və oturacaq Bir gün sənə də dost olacaq Tək-tənha sən bu şəhərdə Sanki ən kövrək uşaq