Proza

Lyrics: Elxan Zeynallı Music: Elvin Əmrahlı Sənin gözlərində boğuldum Payız zərif küləklə sığal çəkdi gecəyə İlk xəzanla doğuldum Boş parkın hönkürtüsü Yaş asfalt bir az xəstə Yağış da incə, qəddar Qırıq ürək boş qəfəsdə
Sökülmüş arzuların xarabasında Arası kəsilməz gülüşlə ağlayırdı Kor rəssam şikəst atlar arabasında Sən də başqa, mən də başqa Dərd də, qəm də başqa Yaddaşım sanki bir şeir kimi cızıldı daşda
Küçələrin qaranlığında Çox sağ ol ki, bir mələk kimiydin Saçıların ipək kimiydi, sözlərin külək kimiydi Çox sağ ol! Qəlbimin düzənliyində bir bulaq kimiydin Amma çox isti, çox duzlu
Çox tozlu manikenlər vitrində göz yaşıyla Ölülər qucaqlaşır yuxularımda baş daşıyla Doxsan illik keçmişimlə iyirmi yaşda neyləyim?! Əllərim bağlı, qarğalar ciyərmi çeyniyir
Heç nə demə, danışma, bəsdir! Heç nə soruşma! Kim günahkar? Sən günahkar, mən günahkar! Gecə günahkar, gün günahkar! Dərslər günahkar! Payız, şeir, dəftər günahkar! Bəlkə də oxuduğum kitablarla Dolu rəflər günahkar!
İncə-incə kəs damarlarımı, iç qanımı, sevgilim Artıq sevmirəm, sən də sevmirsən Sehrli bir nağıl, səni unutmaram Məni unutma sən, gizləmə Göz yaşın qoy axsın, onu qurutma sən
Məktublar və tozlu şəkillər Yanır əllərimi qızdıran ocaqda Ümid uzaqda... İçimdə şaxta, ölmüş sevginin Ruhu hərdən gəzir bu qaranlıq otaqda
Sənə nifrət etdim, həm də sevdim qəzəbsiz Pəncərəyə yağış damlayır gözəl, səssiz Kül ocaqda, yastıq qucaqda Darıxdın, güldün, ağladın, gecə səbəbsiz
Məktublar və tozlu şəkillər Yanır əllərimi qızdıran ocaqda Ümid uzaqda... İçimdə şaxta, ölmüş sevginin Ruhu hərdən gəzir bu qaranlıq otaqda
Sənə nifrət etdim, həm də sevdim qəzəbsiz Pəncərəyə yağış damlayır gözəl, səssiz Kül ocaqda, yastıq qucaqda Darıxdın, güldün, ağladın gecə səbəbsiz
Küləklərlə dərdləşirdi qatarın tüstüsü Uzaqda baharın istisi, mox soyuq Yanağlarımda buz bağladı Donub qalan o göz yaşı
Yadına sal, arzularda ölmək eyni gündə İkimizə bir baş daşı və eyni gündə öldük Sən mənimçün, mən səninçün Özgə oldun sən mənimçün, mən səninçün
Bəlkə xəstəlik səbəb? Bəlkə mələklər paxıl? Amma mənə demişdilər ki, sevgi qəlbə çiçəklər taxır Evlənək demişdin, uşaqlıq necə gözəl Və nə qədər sadəlövh, qaçaq demişdik
Qanadlarımızı açıb, uçaq demişdik Hər şeyi demişdik Gizlədiyimizi gözlər demişdi Dumanlar gizlədəndə yerimizi izlər demişdi
Restoranlar, rəqsimiz, sevgililər günü Ümidlər yanır günəş kimi Ümidlər sönür, ay işığı nur Gözlərimdə leysanlar dolur Sən öləndə ilk dəfə inandım, insanlar ölür
Nə şəkillər əvəz edər səni, nə qəmli şeirlər Hər işi pis olanlar mənə “hər şey düzələr” deyirlər Düzəlmir! Sən qara paltarlar geyərdin Qəmli baxışlarına vurulmuşdum, az gülərdin
Sevərdim dənizlər limanları sevən kimi Sevərdim qulaqlar yalanları sevən kimi Öldürmək istəmişdim özümü sən ölən kimi Əsrlər keçsə də, yadımdasan dünən kimi