Lyrics: Rafael Təhməzov
Music: Rafael Təhməzov
De, dünyanı əllərindən kimlər alır?
Bu həyatın qoyduğun yerdəmi qalır?
Yalanlar, yaşananlar, gözəl anlar hanı?
O əvvəlki uşaqlar, cavanlar hanı?
Zaman axar elə yenidən, yenə, yenidən
Budur bizi elə ən çox da böyüdən
Bir vaxt dostumuz Günəş
Bəlkə də, bizi elə ən çox odur əridən
Yalnızlıq ölüm, həyat bircə bölüm
De, daha nə görüm?
Çox bəhanə görüb dur, yetər
Yoluma baxaram mən də
Kainata axaram, bəlkə
Nələr gördüm bu fani həyatda
Yaşadığımız hər bir saatda
Səhv elədin, əfv elədim
Məhv elədin, tərk elədim
Bitdi sorğu-sual, bitdi cavablar
Yenə öz-özümə tək qalmışam
Könlümü elə özüm almışam yenə
Hər zaman olduğu kimi
Yalnızlıq ölüm, həyat bircə bölüm
De, daha nə görüm?
Çox bəhanə görüb dur, yetər
Yoluma baxaram mən də
Kainata axaram, bəlkə