Qoy Ağlasın

Lyrics: Nadir Huseynov/Anar Niftəliyev Music: Nadir Huseynov Mənə baxma, tez alışıb, tez yanıram İşləyirsən qız qanıma Birgə de, bəlkə də bu söz bizi bərkidə Səni küləyə belə qısqanıram
Dəyməsin sənə gilavar, xəzri Bu davalar deyil şəxsi qərəzli O qəlbin bir qəfəsi var, mən əsiri Yenə bilmədin qürurunu, tələsdin
Qal ya da get, vicdanla get Bu gedişlə məni candan et Yox, qal, həyatımı skandal et Sənə kim dedi gül camalını mənə qandal et?
Həmən gündən yatmısan Seç, doğmamısan mənə, yadmısan Bilmirəm, amma batanda gözlərinə Məni heçkim ordan dartmasın
Qoy ağlasın göylər, sən hardasan söylə... Sənsiz bu ürək tək sənin adınla döyünər Və ruhuma ölmə, bu sevgini bölmə Gedirsənsə dönmə, ağlasa da göylər
Səni yuxudan oyadaram Yenə qayıdaram Ama nağıllarla yox aram Çox deyirdin ki çağıraram Çağır, gəlim ora Amma yenə sağalmaz yaram
Məncə artıq gec, bax və keç Boşdur bu ürək Sənli, sənsiz heç bu həyat Sevgi nəyə gərək? Məncə artıq gec, bax və keç Boşdur bu ürək Açılsın bəyaz bir vərəq
Qoy ağlasın göylər, sən hardasan söylə... Sənsiz bu ürək tək sənin adınla döyünər Və ruhuma ölmə, bu sevgini bölmə Gedirsənsə dönmə, ağlasa da göylər
Aç gözlərini, ruhuma bax Dünən gəlmişdin yuxuma, bax Uzaqdaydım sənə çata bilmədim Və yenə tər içində oyanıb yata bilmədim
Şahzadə də ola bilmədim Düzdür, ağ ata da minmədim Cibim bilmir ki, 100 nədir, 1000 nədir Mənim nəyimə lazımdır sənin belə minnətin
Çıx get, sənə yol açıq Elə düşünmə ki, gözlərəm sənə qol açıb Sənsiz yaşarayam, guya nə olacaq? Görüm haralara gətirəcək bu acıq?
Baş qaçır, rədd ol dedim, çox açıq Səni indi görməyim də məni çox sancır Sənə qalmayıb inancım, dəstəyi qoy, rədd ol
Qoy ağlasın göylər, sən hardasan söylə... Sənsiz bu ürək tək sənin adınla döyünər Və ruhuma ölmə, bu sevgini bölmə Gedirsənsə dönmə, ağlasa da göylər