Kimsə

Lyrics: Məhəmməd İSgəndərov Music: Məhəmməd İSgəndərov Kimsə getdi, kimsə qaldı təkcə Kimsə çarə tapdı, kimsə yandı təkcə Kimsə unudub hər şeyi bir anda çıxdı, getdi Kimsə, - “Dönəcək o”, - deyib buna inandı təkcə
Kimsə sadiq oldu, kimsə tələyə düşdü Kimsə, - “Fərqi yox”, - deyib dodaq-dodaq öpüşdü Kimsə unutdurdu, sevdirdi kimsə mənə Bəlkə kimsə sənsən, bəlkə kimsə mənəm
Bilməzdim, hisslərimlə oynayıb gedərsən Bilməzdim, hər şeyi silərsən Get, dönmə, həsrətindən ölsəm
Tutub əlindən indi kimsə Nələr çəkir bu qəlb, bir bilsən Necə verdin mənə bu dərdi? Bu ağrı ölümdən betərdir
Mənə əzab verir bu hisslər Nələr çəkir bu qəlb, bir bilsən Niyə verdin mənə bu dərdi? Desəydin, öncədən gedərdim Desəydin, öncədən gedərdim
Kimsə sevdi, kimsə yarıtmadı Kimsə gözlədi, amma kimsə qayıtmadı Kimsə gözlədiyimdən də betər zərbə vurdu Kimsə eyni qaldı, fikirlərimi yanıltmadı