Lyrics: Elvin Həsənov/Elcan Məmmədli Music: Elvin Həsənov/Elcan Məmmədli Mənim şəkərim, gülüşü nazlı qəmzəlim Alır aparır gözlərin, de mənə, neyləyim? Mənim şəkərim, gülüşü nazlı qəmzəlim Alır aparır gözlərin, de mənə, neyləyim? Mənim şəkərim, gülüşü nazlı qəmzəlim Alır aparır gözlərin, de mənə, neyləyim?
Səhifəmdəsən, ömrümdəsən Necə gedirəm uzaq, hər zaman gözümdəsən Bir sirr qədərsən, ən “full’’ qədəhsən Sevgi kruasanıma tökülən toz şəkərsən
Bircə tərssən, bəzən sərtsən Bəzən oyun qurursan beynində qəsdlə Alıram güclə dilindən söz mən Bu qədər güclü adama təsirin nərdən?
Mənim şəkərim, gülüşü nazlı qəmzəlim Alır aparır gözləri, de mənə, neyləyim? Mənim şəkərim, gülüşü nazlı qəmzəlim Alır aparır gözləri, de mənə, neyləyim?
Baxışı çox şirin-şəkər, üzdə xal Yerişi yeri titrədir sanki on bir bal Yanağı al-qırmızı dodaq üstdə bal Tutulub dilim, olur lal
Ağlımı əlimdən alır gözlərin, gözəl yar Bu qədər nazına, inan, məndə dözüm var Çəkib yayı, vurur oxu qəlbə dalbadal De mənə, neyləyim, olmuşam halbahal?
Mənim şəkərim, gülüşü nazlı qəmzəlim Alır aparır gözlərin, de mənə, neyləyim? Mənim şəkərim, gülüşü nazlı qəmzəlim Alır aparır gözlərin, de mənə, neyləyim? Mənim şəkərim, gülüşü nazlı qəmzəlim Alır aparır gözlərin, de mənə, neyləyim?