Lyrics: Röya İBrahimova
Music: Röya İBrahimova
Göy üzünü bulud alar
Yağış qəlbimə damlar
Son aldığım çiçəklər
Yavaş-yavaş solar
Xatirələrin yenə
Şüurumu həbs edər
Bu zindandan qurtulmaq
Mənə mümkünsüz gələr
Heyif ki, gedənlər qayıtmır
Yaralar sağalmır
Yanımda ola bilsən
Bilirəm, bu da bir sınaqdır
Zamanımız azdır
Yuxuma gəl sən
Tale ilə barışmadım
Özümü mən aldatdım
Surətini hər zaman
İnsanlarda axtardım
Xatirələrin yenə
Şüurumu həbs edər
Bu zindandan qurtulmaq
Mənə mümkünsüz gələr
Heyif ki, gedənlər qayıtmır
Yaralar sağalmır
Yanımda ola bilsən
Bilirəm, bu da bir sınaqdır
Zamanımız azdır
Yuxuma gəl sən
Heyif ki, gedənlər qayıtmır
Yaralar sağalmır
Yanımda ola bilsən
Bilirəm, bu da bir sınaqdır
Zamanımız azdır
Yuxuma gəl sən
Heyif ki, gedənlər qayıtmır
Yaralar sağalmır
Yanımda ola bilsən
Bilirəm, bu da bir sınaqdır
Zamanımız azdır
Yuxuma gəl sən