Yaşamaq Lazım

Lyrics: Elvin Nəsirov/Sadiq Mehdizadə Music: Yuzbek Zagirov Yaşamaq lazım, ya da ölmək lazım Çətindir bu həyat, geriyə dönmək lazım Bax, dostum, yaşamaq lazım, ya da ölmək lazım Çətindir bu həyat, geriyə dönmək lazım
Dönmədikmi, dostum, səninlə boş küçələrdə? Ya da ki, görmədikmi min cür üzü birgə, yan-yana? Döymədikmi qanlı-qanlı davaların ortasında? Söymədikmi ümüdləri xəyalların arxasından?
Bitmədimi sevgilər qızların göy gözlərində? İtmədimi sevdiklərimiz əllərimizdən çıxıb? Getmədimi, bizdən uzaqlara? Dostum, getmə sən də uzaqlara
Bitir xəyallarım Bitir ümidlərim Yaşamaq çox çətin Gəlirdi yaşamaq çox çətin
Bitir xəyallarım Bitir ümidlərim Yaşamaq çox çətin Gəlirdi yaşamaq çox çətin
Amma yaşamaq lazım ya da ölmək lazım Çətindir bu həyat, geriyə dönmək lazım Bax, dostum, yaşamaq lazım, ya da ölmək lazım Çətindir bu həyat, geriyə dönmək lazım
Gəzərdik məhəlləmizdə, binanın damlarında Həyatımız fərqli idi, bilməzdik yalanlarında Dəyişməz görüş vaxtı, görüş yeri, döngələr də Qışqırıb çağırardıq evlərin eyvanlarından
Dəyişdi həyat, həyatın üzünü gördük Dəyişdi səhvlərimiz, həyatın da düzünü gördük Gördük ki, ölüm var, ayırır doğmalardan Biz uşaq idik, tez böyüdük başqalardan
Oxumadıq məktəbi də, oxumadıq fərli başlı Məktəbdə dava düşərdi, koridorda biz də dalaşdıq Dərsdən çıxardıq, səhvdən dərs çıxarmadıq Həyatın məktəbində çaşdıq, dilimiz dolaşdı
Dedim ki, xatırla, yanımda qalmaq üçün Yüküm də çox ağırdır, sənsiz bax, çatmır gücüm İnsanlar ölüb gedir, dostluqlar ölmür ki Həyat da irəli gedir, geriyə dönmür ki
De mənə kim yalan kim doğru Həyatımız saat, əqrəblər oğru Sən davam elə, mənim üçün sondur Gedirəm mənim zamanım doldu
Amma yaşamaq lazım ya da ölmək lazım Çətindir bu həyat, geriyə dönmək lazım Bax, dostum, yaşamaq lazım, ya da ölmək lazım Çətindir bu həyat, geriyə dönmək lazım
İnsanlar ölüb gedir Dostluqlar ölmür ki Həyat da irəli gedir Geriyə dönmür ki Geriyə dönmür ki