Mən Dəyişəcəm

Lyrics: Pərviz Isaqov Music: Pərviz Isaqov Səsimə səs gəlmir, mən tək qalmışam Bəlkə qorxulu yuxu, mən yatmışam Bəlkədə ölmüşəm, sona çatmışam Amma yox, hələ hazır deyiləm axı
Mənə baxın, məni görün, məni dəli bilin Amma dindirin Hələ yaşamağa eşq bol, daşımağa yük bol Tək bir yol, tək bir gün mənə bəs edər
Mən dəyişəcəm! Mən dəyişərək hamı kimi ola biləcəm Hamı kimi ölə biləcəm ən azından Ruhumu buraxıb bədən ola biləcəm Hamı kimi ölə biləcəm ən azından
Mən dəyişərək hamı kimi ola biləcəm Hamı kimi ölə biləcəm ən azından Ruhumu buraxıb bədən ola biləcəm Hamı kimi ölə biləcəm ən azından
Hər səhər diş fırçası dostum Qara kostyum, ağ köynək, qalstukum Hər şeydən üstün işim olacaq Heç nə haqqında düşünmədən
Durmadan işləyib, bir gün ayılacam ki 40 yaşım olacaq, xoşbəxt olacam onda Yanımda oğul, uşaqlarım, həyat yoldaşım olacaq İti yaddaşım olacaq, kommunal borcların hamısını Yadda saxlaya biləcəm mən