Lyrics: Siyamək Mirzayi Music: Siyamək Mirzayi Bir tanınmaz küçənin doğmalığında itirəm Qapılarda dolaşan göy səsini dindirirəm
Yolların könlü qabarlı Ağacın barmağı donmuş Göy özündən səpilir, rəngi qaçmış susmacalar
Gecədir, bir qara yel axmadadır Kömürlü xatirələr daxmadadır
Gecədir, bir qara yel axmadadır Kömürlü xatirələr daxmadadır Key divarlar uzanır Bacanın gözləri qorxur, yumanır
Mənsə darğın küçənin nisgilinə Bir qab ürək paylayıram Bəlkə də bir səhərin Nəmli olan arzuları Arzuları, hey
Doğubən hayqıracaq qara yellər susacaq Qara yellər susacaq