Lyrics: Elvin Həsənov/Vüqar Isgəndərov Music: Elvin Həsənov/Vüqar Isgəndərov Hərdən, baxıram önümə Necə yaş-yaşın üstünə gedir illərdən Ağlım ideya qışqırır, səbrim tükənir hərdən məndən Mən sanki fiasko, harda tutar, harda qırılar ipimdən Gözümdən, sevgimdən, qaça bilmərəm özümdən Bu bir musiqi danışır sözlər, danışır içdən sənlə Hərdən dost kimi bölüşür bir parça dəftərdən Mən sanki fiasko könlüm varsa çıxa bilməz İpimdən, gözümdən, sevgimdən, qaça bilmərəm özümdən Gedirsənsə, qaç bərk, tuta bilirsənsə bərk dur Harda varsansa, orda ən möhtəşəm imzanı çək Bro, həyat etalon, ən ucuz “vibe” asan yol Bu pik deyil, deyil son Olursansa, ən yaxşı ol Kəmiyyət, keyfiyyətə son Ən ucuz “vibe” asan yol Bu pik deyil, deyil son Olursansa, ən yaxşı ol, bro Hərdən düşürəm özümə dərinliyimə gecəyə qədər səhərdən Mən və iki qulaqlığım biz ən güclü şəhərdə Mən öz rolumu düzgün oynaya bilmirəm yazdığım əsərdə Fərqlənmirəm bir nəfərdən, dönmürəm zərərdən Hər gün eyni yaşayıram, gedirəm həyatımı əzbərdən Düzəlmir heç nə, mən də hirsimi çıxıram qələmdən Bu cür həyatda xəyanət kimidir, səhv yox seçimdir, əslində Razılaşma heç mənimlə, hər şey öz əlində Gedirsənsə, qaç bərk, tuta bilirsənsə, bərk dur Harda olursansa orda ən möhtəşəm imzanı çək Bro, həyat etalon, ən ucuz “vibe” asan yol Bu pik deyil, deyil son Olursansa, ən yaxşı ol Kəmiyyət, keyfiyyətə son Ən ucuz “vibe” asan yol Bu pik deyil, deyil son Olursansa, ən yaxşı ol, bro Hərdən silməlisən artıqlarını sınıq ürəyindən Yorğun qanadlarını çırp zirvənin üstündən Yandır şəhərin işığını möhtəşəm gəlişinlə Ya bitir bu səhifəni, söndür getsin bu musiqi də Bro, həyat etalon, ən ucuz “vibe” asan yol Bu pik deyil, deyil son Olursansa, ən yaxşı ol Kəmiyyət, keyfiyyətə son Ən ucuz “vibe” asan yol Bu pik deyil, deyil son Olursansa, ən yaxşı ol, bro