Lyrics: İsa Ümid
Music: İsa Ümid
Sanki bir vurma cədvəlidir həyat
Üstə gəl çıxması vardır biləsən
Bu barədə sən düşünəsən hər saat
Onu düz hesablayıb düz böləsən
Bir üstə gəl bir edər iki
Özün bilirsən halbuki
Bərabər səninlə və mən
Hesablamırsan amma ki
Mən deyən misal məsələ
Tapmayıbdır həllin hələ
Cavab qovuşmaq deyəsən
Ağlına kaşki bu gələ
Biz gərək sevgi məhəbbət kitabın
Təmiz hisslərlə açıb varaqlayaq
Bu barədə sən düşünəsən hər saat
Onu düz hesablayıb düz böləsən