Lyrics: Teymur Ağayev/Teyfur Tahirov Music: Teymur Ağayev Bir gün ac, bir gün tox Bir gün vur, bir gün sox Bir gün yaxşı, bir gün pox Bir gün qorxma, bir gün qorx
Bir gün sök, bir gün qur Bir gün sus, bir gün vur Bir gün yat, amma bir gün dur Bir gün get, amma bir gün dur
Bir gün ac, bir gün tox Bir gün vur, bir gün sox Bir gün yaxşı, bir gün pox Bir gün qorxma, bir gün qorx

Özümüz gümrah, üzümüz nur Göz altı qara, üzümüz ağ Ver ləqəbimə mənim layiqli pul Bir az da şərait, bir az da vaxt
Bir az “puer”, bir az da su İki cür şərab - qırmızı, ağ Dəm olub edəcəm keçmişə tur Bir az siqar, bir az tabak
Mən bilirdim sünidir hisslər Köhnə hər şeyi toplum sildim Yüz nəfərə dost demişəm Kim harda qalır bilmirəm indi
Kohnə xatirə dəftərim var idi Tulladım nə vaxt ki, məktəb bitdi Orda qırx nəfər yazırdı arzu Bir-iki nəfər cəmi qədrimi bildi
Bilirəm tez qocalmışam Cavan ruhum indi doldurur yerimi Həyatı boyu təklənirəm Sonra qayıdıb tuturam onları bir-bir
Bu gün 5 manat əgər itirdim Hər şey edəcəm qazanım 20 Təəssüf, öləndən sonra baxa bilmərəm Mənə xatirə çəkilən filmi
Mənə güc verib təklik Bərk stresslər alıb neçənci ilimi Çətin qəzəllər bilirəm əzbər Necə əzbər bilirəm himni
Susmaq qızıldır - deyirlər, boş ver Ədalət varsa, qorxma, bildir Bir halda həqiqəti demirəm Kəsilsə əllərim, kəssələr dilimi
Bir gün ac, bir gün tox Bir gün vur, bir gün sox Bir gün yaxşı, bir gün pox Bir gün qorxma, bir gün qorx
Bir gün sök, bir gün qur Bir gün sus, bir gün vur Bir gün yat, amma bir gün dur Bir gün get, amma bir gün dur
Bir gün ac, bir gün tox Bir gün vur, bir gün sox Bir gün yaxşı, bir gün pox Bir gün qorxma, bir gün qorx
Bir gün sök, bir gün qur Bir gün sus, bir gün vur Bir gün yat, amma bir gün dur Bir gün get, amma bir gün dur
Həyatı insana verdi ilahi Küçə öyrədib həyatın dərsi Tanrı bu qədər şeylərə mahir Amma yaratmır insanı səhvsiz
Mənim təhsilim natamam-ali Cünki natamam Bakıda təhsil Məni şeirə bağladı qabil Salıb dəryaya Nizami, Rəmzi
Çox sevmişəm ədəbiyyat, tarix Amma nədənsə getdim riyazi Bütün rüşvətxorlara şamil Bir gün alacam pulların qəbzin
Mən hələ çox şeylərə qadir Hələ əziyyətə görmədim dəysin Mənə öləndə deməyin dahi Mənim qızıma da verməyin mənzil
Niyə bu qədər tənhadır şair? Görüb gözüylə xəyanət rəqsin Bir dostunun məzarına torpaq Bir dostunun 10 illik həbsin
Ürək çox şeyi içində yaşadı Almışam qələmə çox şeyin əslin Var nə qədər tapmayan əksin Mətbəx söhbəti qalmalı şəxsi
Gözəl ailəyə olmuşam sahib O gün qəbərdi içimdə nəfsim Ölüm gecəylə gəlirdi ani Səhər az qala vurmadı nəbzim