Ayrı Düşdük

Lyrics: Nəriman Abbaszadə Music: Aysel Məmmədova Ağlımda min bir suallar gecədən səhərə Boşluqda itən cavablar bərabər zəhərə Təkrar-təkrar göndərdiyim ünvansız məktublar Tək sənli xatirələri yadıma salarlar
Ayrı düşdü gözlərimiz, əllərimiz Ayrı düşdü yollarımız, izlərimiz Ayrı düşdü sözlərimiz, səslərimiz Ayrı düşdük, yaşasa da hisslərimiz, hisslərimiz
Könlümdə solan baharlar gecədən səhərə Birlikdə keçən zamanlar arzumda hələ də Səssiz qalan telefonlar, gözlərim dolu yaş Ürəyimdə gizli qalan sevgi olaydı kaş
Ayrı düşdü gözlərimiz, əllərimiz Ayrı düşdü yollarımız, izlərimiz Ayrı düşdü sözlərimiz, səslərimiz, ey Ayrı düşdük, yaşasa da hisslərimiz, hisslərimiz
Ayrı düşdü gözlərimiz, əllərimiz Ayrı düşdü yollarımız, izlərimiz Ayrı düşdü sözlərimiz, səslərimiz, ey Ayrı düşdük, yaşasa da hisslərimiz, hisslərimiz