Lyrics: Hüseyn Arif
Music: Ələkbər Tağıyev
İlk dəfə sahildə gördüm onu mən
Gizli bir üşütmə keçdi qəlbimdən
İlk dəfə sahildə gördüm onu mən
Gizli bir üşütmə keçdi qəlbimdən
Tutmuşdu üzünü mavi Xəzərə
O dənizə baxır, mən o gözlərə
Dinmək istədim, dinə bilmədim
Dinə bilmədim
Nə edim, bilmədim
Dinmək istədim, dinə bilmədim
Dinə bilmədim
Nə edim, bilmədim
Dolandı bahar, yay, dolandı payız
Fikrimdən silinib, getmədi o qız
Dolandı bahar, yay, dolandı payız
Fikrimdən silinib, getmədi o qız
Mən onu aradım bağda, bağçada
Ah, o gözəl hüsnünü salaraq yada
Görmək istədim, görə bilmədim
Görə bilmədim
Nə edim, bilmədim
Görmək istədim, görə bilmədim
Görə bilmədim
Nə edim, bilmədim
Tutmuşdu üzünü mavi Xəzərə
O dənizə baxır, mən o gözlərə
Dinmək istədim, dinə bilmədim
Dinə bilmədim
Nə edim, bilmədim
Dinmək istədim, dinə bilmədim
Dinə bilmədim
Nə edim, bilmədim
Dinmək istədim, dinə bilmədim
Dinə bilmədim
Nə edim, bilmədim
Mən dinmək istədim, dinə bilmədim
Dinə bilmədim
Nə edim, bilmədim