Kim Səhvdi

Lyrics: Fərhad Zeynalov Music: Fərhad Zeynalov Kim səhvdir? Kimdir doğru? Sənə güvənim yaradır qorxu Düşündüyüm yanımda yoxdur Bil, səhvsiz insan olmur
Kim səhvdir? Kimdir doğru? Sənə ümid hissləri belə soldu Düşündümsə, yanımda yoxdur İnsafsız insan olmur
Daha heç nə qalmadı Son görüşdə ağladın Amma inanmadım Səmimiyyət sanmadın Dediyin hər sözündə Sual var, elə saxladım
Yalan bitirdi, bax, olanları Qaytar ayırdığım vaxtları Sənə verdiyim hər bu şansları Verməsəm, bəlkə, belə olmazdı
Nifrətdir, etdin, oldu Ata bilmədim, atılan oldum Sənə qarşı istəyimi boğdum Mənə baxanda qalıb dondum
Bir səhvdir, etdin, qarışmadım Sən hər gedəndə alışmadım Daha bəsdir, çıx get, danışmadım Sən istədin, bağışladım
Kim səhvdir? Kimdir doğru? Sənə güvənim yaradır qorxu Düşündüyüm yanımda yoxdur Bil, səhvsiz insan olmur
Kim səhvdir? Kimdir doğru? Sənə ümid hissləri belə soldu Düşündümsə, yanımda yoxdur İnsafsız insan olmur
Var Bu olanların da Pis, yaxşı sonu var Heç üzülmədim də Əlbət bir yolu var
Nə qədər də keçsə vaxt da Bir gün olar Bir gün olar Hər şey qayıdar sənə