Məni Qaytar

Lyrics: Əli Qara/Elxan Zeynallı Music: Elvin Əmrahlı Bəlkə xəbərim yox, əsərim yox Yazılası səhərim yox Gecə sonsuz, küçə sonsuz, gedirəm Ölümün önünü tuta biləcək çəpərim yox
Axtarmasın bu gün heç kəs məni Qəlbimin qara küçələrində azmışam Qazmışam ümidə qəbir Bu gün mən özüm-özümdən qaçmışam
Açmışam dəftər, qələm Sətirə bir ovuc hərf tökmüşəm Hər kəs kimi mən də “Sabah hər şey düzələr” Deyib, bu günümə dözmüşəm
Ölmüşəm... Bəlkə xəbərim yox, əsərim yox Yazılası səhərim yox Gecə sonsuz, küçə sonsuz, gedirəm Ölümün önünü tuta biləcək çəpərim yox
Qəzəbim yox, həyatımdan razıyam Tanrı yazıçıdır, mən yazıyam Həm şəhid oldum, həm qaziyəm İşğal edilə bilməyən əraziyəm, mən
Səhv yol, düz yol, önümdə yüz yol İz qoy, bir ruh, üzdə yüz rol Yenə dağılıb ürək otağımın səliqəsi Əzrayıl gəlsə, tələb elə vəsiqəsin
Qəribədir bu gün həyatım mənim Hisslər içimi qanadır mənim Arzular qəlbimdə pas atır mənim İllər qəbrimə uzanır mənim
Məni mənə qaytar Axtar ürəyimin ən dərin dərəsində Sərin qəfəsində, qəmim nəfəsində qalmışam Hisslərimin içində azmışam, ölmüşəm
Bəlkə xəbərim yox, əsərim yox Yazılası səhərim yox Gecə sonsuz, küçə sonsuz, gedirəm Ölümün önünü tuta biləcək çəpərim yox
Məni qaytar Axtar ürəyimin ən dərin dərəsində Sərin qəfəsində, qəmim nəfəsində qalmışam Hisslərimin içində azmışam, ölmüşəm

Axtarmasın bu gün heç kəs məni Qəlbimin qara gecələrində azmışam Düzmüşəm zibilə səbir Bu gün mən özüm-özümdən bezmişəm
Yozmuşam, sonsuz kədər içində Bir ovuc sevinc görmüşəm Hər kəs ilə mən də bu kiçik sevincimi Bərabər, doğru bölmüşəm
Ölmüşəm Bəlkə xəbərim yox, əsərim yox Yazılası səhərim yox Gecə sonsuz, küçə sonsuz, gedirəm Ölümün önünü tuta biləcək çəpərim yox
Şəkərim yox, Qaraqanam, acıyam Siz nökərlərim, mən raciyəm Günəşim qaranlıqdan haşiyə Həyatım gülməli bir faciə
Sərt ol, mərd ol, ölümə dərd ol Cəld ol, fərd ol, hərdən pərt ol Yenə irəlidə “Baku Clan” qəbiləsi Yazıda Felon-a “Qaraqan” nəzirəsi
Kəsiləsi bu gün həyatım mənim Uçmur, qırılıb qanadım mənim Bəsdir özümə savadım mənim Səssiz dayanıb saatım mənim