Gecələr

Lyrics: Fərhad Zeynalov Music: Fərhad Zeynalov Göydəki ulduzların içində Axtarıram yenə mən səni Necə silə bildin hər şeyi axı? Necə sən tək qoydun məni?
Söz vermişdin qayıtmağa Gəldi payız, sən gəlmədin Hər göydən düşən yarpaq da Səbəbidir sınmış qəlblərin
Sən gəl yuxuma Bir dəfə belə Yada sal hər xatirəni Gəl yuxuma yenidən Unudum mən qəm, kədəri
De mənə, nədir səbəbin? Bizi ayrılığa aparan Səni düşünmək necə də çətin gəlir Gecələr, gecələr Gecələr, gecələr Gecələr, gecələr
Gəl, şəhərim dağınıq sənsiz Keçdiyimiz küçələr səssiz Səhərim gecələrim kimi yenə rəngsiz Gözlərim səni axtarır
Bir toxunuşun soyuq ürəyimi isidir Sənin üzündəki təbəssüm mənə bəs edir Bu Xəzərin səsi mənim qəlbimin səsidir Bu gecə yenidən
Gəl yuxuma Bir dəfə belə Yada sal hər xatirəni Gəl yuxuma yenidən Unudum mən qəm, kədəri
De mənə, nədir səbəbin? Bizi ayrılığa aparan Səni düşünmək necə də çətin gəlir Gecələr, gecələr Gecələr, gecələr Gecələr, gecələr