Bilərsənmi

Lyrics: Sərxan İSgəndərov/Elcan Məmmədli Music: Sərxan İSgəndərov “Bir ümid var, bəlkə, düzələr” Dediyim hər şey paramparça Göz yaşı yanağıma süzülər Sonunda tək mənəm üzülən Bu eşq qəlbimə asılan sancaq
Mən ümidimi sənsizliyə bağladım Qaldım niyə səssizliyə? Ey, qapandım özümə gecələr Yalnızlıq mənə bəs edər Bu həyat sənsiz əzabdır, ancaq
Mənə deyə bilərsənmi Necə olacaq mənim, de, halım qərib? Deyə bilərsənmi Gecə qucaqlayarmı xəyalın gəlib? Deyə bilərsənmi Kim yarım ömrümə yarım mənim? Gözəlim, gülzarım mənim Sən de, ayaqlar yalın gəlim
Deyə bilərsənmi Necə olacaq mənim, de, halım qərib? Deyə bilərsənmi Gecə qucaqlayarmı xəyalın gəlib? Deyə bilərsənmi Kim yarım ömrümə yarım mənim? Gözəlim, gülzarım mənim Sən de, ayaqlar yalın gəlim
“Bir ümid var, bəlkə, düzələr” Dediyim hər şey paramparça O qədər həsrətə dözərəm Varsa ürəkdə közərən Hisslər yenə alovlanacaq
Mən ümidimi sənsizliyə bağladım Qaldım niyə? Gəlsin deyə Ey, qorxuram, yenə o səhv edər Bu dəfə bu dərd məni məhv edər Düşünmədən tikanı ürəyimə sancar