Bakı (Skit)

Lyrics: Elxan Zeynallı/Əli Qara Music: Elvin Əmrahlı Biz,rep, rep, söz Söz, düz, düz, yol Yol əks, tez, keç Yüz ölç, bir biç
Biz,rep, rep, söz Söz, düz, düz, yol Yol əks, tez, keç Yüz ölç, bir biç
(Bura haradır? – Bakı...)
Qaranlıq şəhər, boş şəhər Dörd fəsli də qış şəhər Gündə iş şəhər Çıxır diş, şəhər
Xoş şəhər, hərdən Amma çox zaman kədərli Gündə bir geyimdə Amma içi zibildir, içi zəhərli
Hər tərəfdən gəlir ingilislər içinə, Bakı Onlar bizə baxır, sanki baxır itinə, Bakı Düzülüb tinə, Bakı, avaraların, Bakı Günləri küçədə, yoxdur xarabaları, Bakı
Bakı, hər küçəndə gəzmişəm mən Hər küçəndə olmuşam mən Hər küçənə tüpürmüşəm mən Üzünə sanki, hər küçəndə
Süzülür indi hər küçəndə Hər bir qız keçəndə Ağzının suyu tökülür biqeyrətlərin, Bakı
İllərim, Bakı... Keçdi səndə günlərim, Bakı Çox heyif ki, səndə yaxşı heç nə görmədim, Bakı Gördüyüm kədər Küləkli, yersiz səhər Təzə bazar, Göy Xəzər Yox, Qara Xəzər Bakı