Lyrics: Sura Hüseynova
Music: Elnarə Xəlilova
Bil, yalnız deyilsən, onu mütləq bil
Sil axan göz yaşlarını, həmən sil
Özünə güvən, ümidlə yaşa sən
Daxilən güclü olduğunu bil sən
Həyat imtahan, deyil heç asan
Bunu anlasan
İnamsız gözlər, qəmgin fikirlər
Bu, sən deyilsən
Amma gün gələcək
Acılar keçəcək
Zaman göstərəcək
Hər şey sənin öz əlində
Yıxılmısansa, dur
Əlini yerə vur
Xəyallarını qur
Hər şey sənin öz əlində
Hərənin öz bəxti, öz taleyi var
Hamının öz yolu, öz qisməti var
Həyat imtahan, deyil heç asan
Bunu anlasan
İnamsız gözlər, qəmgin fikirlər
Bu, sən deyilsən
Amma gün gələcək
Acılar keçəcək
Zaman göstərəcək
Hər şey sənin öz əlində
Yıxılmısansa, dur
Əlini yerə vur
Xəyallarını qur
Hər şey sənin öz əlində
Bil, hər şey sənin öz əlində