Lyrics: kiyan xiavi Music: Payam Turk İçimdə bir ölü ölmüş, bağır deyirlər ona Ağız dili verm olmuş, çağır deyirlər ona
Gözümdə qat-qarişıq bir buluddur eşq ancaq Qan ağlayanda quluyca, yağır deyirlər ona
Quduz yabançıların çəkmə izləri ilə dolu Sinəmdə cadde salıblar, cığır deyirlər ona
Haçandı bir acı sancı çəkir anam torpaq Bu dərd onu boğur ancaq doğur deyirlər ona
Haray haray haray bağır deyirlər ona Haray haray haray çağır deyirlər ona
Bu dərd onu boğur ancaq doğur deyirlər ona Bu dərd onu boğur ancaq doğur deyirlər ona
Bu yurd ata-analı, köklü-soylu bir yurddur Yetim deyirlər ona, ah, sağır deyirlər ona
Mənim bahar çiçəyindən də incədir sözüm Tapança güllələrindən ağır deyirlər ona
Qamış qələm ilə qızıl bir dərd yazıramsa əgər Bu qəm mitinqidir, ah, çal-çağır deyirlər ona
Haçandı bir acı sancı çəkir anam torpaq Bu dərd onu boğur ancaq doğur deyirlər ona
Haray haray haray bağır deyirlər ona Haray haray haray çağır deyirlər ona
Bu dərd onu boğur ancaq doğur deyirlər ona