Sənsizlik

Lyrics: Nadir Kərimov Music: Nadir Kərimov Sanki uzaqsan sən buralardan Bir dənə məktub yaz oralardan Gəl məni qurtar dərin yaralardan Gəl məni qurtar dərin yaralardan
Tək sənsizlik varmış gözlərdə Səslənsəm gəlmərsən,gəlmərsən Bir səssizlik varmış sözlərdə Duymarsan bilmərsən,bilmərsən
Öncəsi yoxdur sonrası yoxdur Çünki ürəkdə başqası yoxdur Sənsiz həyatın bir mənası yoxdur Sənsiz həyatın bir mənası yoxdur