Sevgimi Aldın

Lyrics: ELGÜN NAĞIYEV Music: ELGÜN NAĞIYEV Sevgimi aldın Tükənib hisslərim də artıq Qəlbimi əllərinlə yardın Dözmədi göz yaşım da, axdı
Etmədi bir nəfər də yardım Öldüm, yollarında qaldım Məni mən edən hər şeyi aldın Yoxluğunla mən baş-başa qaldım
Yalan oldu daha hər şey Bir də söz ver, ‘’sevirəm’’ deyib Özgə qəlbə bir yolun açılıb Sən eşqimə layiq olmamısan heç
Daha nələr-nələr danışım Axı gətirmisən çox bəhanələr Xəyanət əhli eşq nədir, bilməz Sən mənə aid olmamısan heç
Əlini tutmadın Yanımda qalmadın Qəlbimi qırmağın Yanına qalmayacaq
Məni məndən aldın Amma yarım qaldım Sən get, daha mənə yardım lazım deyil Axı həmin adam olmayacam
Məni məndən aldın Amma yarım qaldım Sən get, daha mənə yardım lazım deyil Axı həmin adam olmayacam