Music: Rəşad Haşımov/Altun Şaşıq
Lyrics: Altun Şaşıq
Yenə evə mən qayıdıram
Göz yaşımı mən gizlədirəm
Mən aldanıb aldanmaq istəyirəm
Neyləyim, mən səni sevirəm
Yenə qaldım yuxusuz
Hərdən göylər də qalar ulduzsuz
İsindirməz məni kimsəsiz sevgi
Çarəsiz sevgi
Qayıdıram mən sənsizliyə
Qayıdıram soyuq dünyaya
Qayıdıram sənsiz, sözsüz sənə görə
Yenə mən...
Yenə sənsiz mən oyanıram
Mən şamları tək yandırıram
O anlara yenidən qayıdıram
Neyləyim, mən səni sevirəm
Yenə qaldım yuxusuz
Hərdən göylər də qalar ulduzsuz
İsindirməz məni kimsəsiz sevgi
Çarəsiz sevgi
Qayıdıram mən sənsizliyə
Qayıdıram soyuq dünyaya
Qayıdıram bilmirəm niyə
Qayıdıram səssiz dünyaya
Qayıdıram sənsiz, sözsüz sənə görə
Yenə mən...
Qayıdıram mən sənsizliyə
Qayıdıram sözsüz dünyaya
Qayıdıram bilmirəm niyə, niyə
Qayıdıram səssiz dünyaya
Qayıdıram sənsiz, sözsüz sənə görə
Yenə mən...