Hasarlar

Lyrics: Məhəmməd Isgəndərov Music: Məhəmməd Isgəndərov Yenə xəyallarım səni xatırladır mənə iki daşın arasında Axı xatirələr ölümcül zəhər, eşq kəndir boğazımda Bilmirəm varam, yoxam, haradayam sənin ömrünün arasında Daha silahsızam sevgidə, inanmasalar üstümü arasınlar
Açılır pəncələr divara, bu şəhər hasarlarla hörülüb Ürəyimə qandallar vurulub, bütün bədənim əzablarla bürünüb Yalnızlığa bulaşıb üst-başım, baxıram hasarlardan sürünüb Bircə dəniz var, bir-iki ovuc, o da lap uzaq-uzaqlardan görünür

Bəlkə sevgini yenidən başladaq bir də, ya adını dəyişək? Ya da doğma olaq bir-birimizə əbədi, ya yad olaq həmişə? Gecələr gündüzlərə qarışıb, yuxusuzluqdan viran ürək Ya qovuşaq artıq nə olar, ya darıxmağın saatın dəyişək
Açılır pəncələr divara, bu şəhər hasarlarla hörülüb Ürəyimə qandallar vurulub, bütün bədənim əzablarla bürünüb Yalnızlığa bulaşıb üst-başım, baxıram hasarlardan sürünüb Bircə dəniz var, bir-iki ovuc, uzaqlardan görünür